newsPhoto

Lənkəran şəhidlərinin ailələri ilə görüş keçirilib

Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları şəhid ailə üzvləri və yaxınlarını ziyarət ediblər.

Lənkəran rayonu Velədi kənd sakini Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Quliyev Samir Məhərrəm oğlunun, Lənkəran rayonu Göyşaban kəndində yaşamış, Qubadlıda gedən döyüşlərdə şəhadətə yüksələn Məmmədov Elməddin Ələddin oğlunun, Masallı rayonu Yeddioymaq kəndindən olan, Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Quluzadə Əlimərdan Fəttah oğlunun ailə üzvləri ilə görüş keçirilib. Vətən müharibəsi qəhrəmanları olan şəhidlərimizin əziz xatirəsi yad edilib. Onların daim ehtiramla yad ediləcəyi bildirilib.