newsPhoto

“Şəhidini tanı” layihəsi çərçivəsində şəhid Arəstə Baxışovanın ailəsi ziyarət olunub

Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsi iştirakçısı olan əməkdaşı Babək Fətullazadə Miqrasiya könüllüləri ilə birgə Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi tibb qulluqçusu, Vətən müharibəsinin ilk qadın şəhidi Baxışova Arəstə Kərim qızının ailəsinə baş çəkib. Bildirilib ki, Arəstə Baxışova öz şücaəti ilə incə ruhlu Azərbaycan xanımının qəhrəman oğullarımızla çiyin-çiyinə dayanmaq gücündə olduğunu bir daha sübuta yetirdi. Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxaran Arəstə xanımın ruhunun daim ehtiramla anılacağı vurğulanıb.

Arəstə Baxışovanın, Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”nin iştirakçısı olan oğlu Mərdan Məmmədli anası ilə bağlı xatirələrini bölüşüb. Həmçinin müharibə iştirakçısı olan Xidmət əməkdaşı Babək Fətullazadəyə suallar ünvanlayıb.