newsPhoto

Yevlax regional miqrasiya idarəsinin əməkdaşları şəhid ailələrinə baş çəkiblər

Yevlax regional miqrasiya idarəsinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Həsənov Musa Tapdıq oğlu və Həsənov Tural Tapdıq oğlunun Mingəçevirdə yaşayan ailələrini ziyarət ediblər. Şəhid qardaşların müharibədəki şücaətindən söhbət açılıb. Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib.

Daha bir şəhidimiz Əliyev Elmir Süleyman oğlunun ailəsi isə Ağdam rayonunda ziyarət olunub. Düşmənə layiqli cavab verilməsində şəhidin göstərdiyi igidlik gənc nəslə nümunə kimi göstərilib. Xalqımızın Azərbaycan Ordusu ilə qürur duyduğu vurğulanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur