newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin 9 ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin 9 ayı ərzində 89199  zəng daxil olub. Onlardan 80806-sı Azərbaycan dilində, 7672-si rus dilində, 721-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 19307-si müvəqqəti yaşama icazəsi, 18956-sı müvəqqəti olma müddətinin uzadılması, 6352-si daimi yaşama icazəsi, 8305-i iş icazəsi, 7956-sı vətəndaşlıq məsələləri, 3281-i olduğu yer üzrə qeydiyyat, 25042-si isə digər məsələlərlə bağlı olub.