newsPhoto

Daha bir maarifləndirmə tədbiri Xaçmazda reallaşıb

Xaçmaz regional miqrasiya idarəsi tərəfindən “Yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması proseduru” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Qusar rayonunun ümumtəhsil məktəblərinin rəhbər şəxsləri iştirak ediblər. Tədbirdə Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi, kiçik miqrasiya xidməti müşaviri Nail İsayev pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, 3 dildə 24 saat fəaliyyət göstərən 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqi, Xidmət tərəfindən göstərilən elektron xidmətlər və yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması barədə məlumat verib. Sonda iştirakçıların sualları cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur