newsPhoto

Gəncədə şəhid və qazi ailələri ilə görüş keçirilib

Gəncə regional miqrasiya idarəsinin əməkdaşları Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olan Qafarov Zərbəli Vidadi oğlunun ailəsini ziyarət ediblər. Şəhidimizin xatirəsi anılıb, onun müharibədəki igidlik və şücaətindən danışılıb.

Daha bir görüş Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olan baş leytenant Xıdırov Elgün Fuad oğlunun ailəsində keçirilib. Vətən torpağı uğrunda qəhrəmanlıqla döyüşən şəhidlərimizin gələcək nəsillər üçün örnək olduqları bildirilib.

Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanmış Vətən müharibəsi qazisi, əsgər Alıyev Samir Valəddin oğlunun da ailəsinə baş çəkilib. Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin daim diqqətdə saxlanıldığı vurğulanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur