newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsi iştirakçıları “Qaliblər düşərgəsi”nin məzunları ilə görüşüblər

Torpaqlarımızın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı - Tural Kərimov, Babək Hacılı, Babək Fətullazadə, Afiq Quliyev, Ağa Qurbanov, Oruc Əmirov və Rəşad Mansurov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın “Qaliblər düşərgəsi” iştirakçısı olan əziz övladları ilə görüşüblər. Xidmətin akt salonunda təşkil olunan tədbirdə həmçinin şəhidlərimizin ailə üzvləri və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı döyüşçülər keçdikləri zəfər yolu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəman hərbçilərinin məkrli və xain düşmənə qarşı böyük əzm və şücaətlə döyüşməsi barədə ətraflı məlumat veriblər. Səmimi keçən görüşdə müharibə veteranları tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Sonda şəhid övladlarına Dövlət Miqrasiya Xidməti tərəfindən xatirə hədiyyələri verilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur