newsPhoto

Vətən müharibəsi şəhidləri Xaçmazda da anılıb

Xaçmaz regional miqrasiya idarəsinin rəhbərliyi və əməkdaşları rayonda yerləşən Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş hərbçilərin məzarlarını ziyarət edərək ruhlarına hörmət və ehtiramlarını bildiriblər. Xaçmazdan olan bütün şəhidlərin xatirə lövhəsi önünə və şəhidlərin məzarlarına gül dəstələri düzülüb.