newsPhoto

Regional miqrasiya idarələri tərəfindən anım tədbirləri davam etdirilir

Şəki regional miqrasiya idarəsinin rəhbərliyi və əməkdaşları Şəki şəhərində yerləşən 44 günlük Vətən müharibəsi və 2016-cı ilin Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə salınan “Şəhidlərin Xatirə kompleksi”ni ziyarət ediblər. Şəhidlərin xatirəsi rəhmətlə anılıb, məzarları üzərinə güllər düzülüb. Torpaqlarımızın hər qarışı uğrunda şərəflə döyüşən Vətən övladlarının qəlblərdə daim yaşayacaqları bildirilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur