newsPhoto

Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsi iştirakçısı əməkdaşları Miqrasiya könüllüləri ilə görüşüblər

Dövlət Miqrasiya Xidmətinin Vətən müharibəsində iştirak edən əməkdaşları Tural Kərimov, Babək Hacılı və Babək Fətullazadə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri ilə görüşüblər. Görüş zamanı döyüşçülər keçdikləri zəfər yolu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qəhrəman hərbçilərinin məkrli və xain düşmənə qarşı böyük əzm və şücaətlə döyüşməsi barədə könüllülərə ətraflı məlumat veriblər.Müharibə iştirakçılarının çıxışlarını maraqla qarşılayan könüllülər Vətən müharibəsində döyüşən qəhrəman övladlarımızla daim fəxr edəcəklərini, şəhidlərimizin xatirəsini hər zaman əziz tutacaqlarını qeyd ediblər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur