newsPhoto

Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın məzarları ziyarət olunub

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və şəxsi heyəti II Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanlarımızın məzarlarını ziyarət ediblər. Onların hər birinin ruhuna dərin hörmət və ehtiram ifadə olunub. Şəhidlərin məzarları önünə gül dəstələri düzülüb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirərək Ordumuzun böyük qələbəsi ilə başa çatan müharibədə şəhidlərimizin hər birinə borcluyuq.

Allah rəhmət eləsin!


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur