newsPhoto

Növbəti maarifləndirmə tədbiri Yevlax regional miqrasiya idarəsi tərəfindən reallaşdırılıb

Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən onlayn tədbir “Qanunsuz əmək miqrasiyasının qarşısının alınması” mövzusuna həsr olunub. Bildirilib ki, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, habelə bu sahədə qanunvericiliyin tələblərinin pozulması hallarının vaxtında aşkarlanması və zəruri tədbirlərin görülməsi daim diqqətdə saxlanılır. Tədbir iştirakçılarına qanunsuz əmək miqrasiyasının mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur