newsPhoto

Yeni tədris ili ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən onlayn görüş keçirilib

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, Təhsil Nazirliyinin və 49 ali təhsil müəssisəsinin nümayəndələri, DMX yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə növbəti tədris ili ərəfəsində əcnəbi tələbələrin miqrasiya məsələlərinə həsr olunmuş video formatda görüşü keçirilib. Görüşdə əcnəbi tələbələrə müvəqqəti yaşama icazəsi (MYİ) verilməsinə dair son 4 ili əhatə edən statistik məlumatlar, hazırda ölkəyə giriş-çıxış şərtləri, xüsusi karantin rejimi ilə əlaqədar mövcud qaydalar diqqətə çatdırılıb. Həmçinin “COVİD-19” pandemiyası ilə əlaqədar tətbiq edilən güzəştlər, inzibati-hüquqi məsələlər, elektron xidmətlər və optimallaşdırma, Çağrı Mərkəzinin fəaliyyəti, MİGAZ mobil tətbiqi barədə məlumat verilib. Ölkədə həyata keçirilən miqrasiya siyasətinin əcnəbilərə təsiri ilə bağlı anonim sorğular və Regional Miqrasiya Təlim Mərkəzinin təqdimatı olub. Sonda miqrasiya məsələləri ilə bağlı suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur