Gəncə regional miqrasiya idarəsi tərəfindən növbəti maarifləndirmə tədbiri keçirilib
Budəfəki onlayn tədbir “Əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edənlər (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti, habelə mənzilin və ya digər yaşayış sahəsinin sahibi) tərəfindən qeydiyyat qaydaları ilə bağlı həyata keçirilməli olan prosedurlar və İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətlər” mövzusunda reallaşıb.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması barədə ətraflı məlumat verilib. Həmçinin elektron qeydiyyat qaydaları izah olunub. Ölkəyə gələn turistlərin hər hansı problemlə qarşılaşmamaları üçün onları qəbul edən tərəfin qısa müddətdə qeydiyyat prosedurlarını həyata keçirmələrinin zəruriliyi vurğulanıb. Qaydalara riayət etməyən hüquqi və vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər diqqətə çatdırılıb. Tədbirdə iştirakçıları maraqlandıran suallar Gəncə regional miqrasiya idarəsinin nümayəndələri tərəfindən cavablandırılıb.