newsPhoto

Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində “Miqrasiyaya giriş: Əsas terminlər və anlayışlar” mövzusunda təlim keçiriləcək

Təlim 21 sentyabr 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən reallaşacaq. Hədəf qrupuna miqrasiya ilə əlaqəli sahələrdə işləyən gənc mütəxəssislər, tədqiqatçılar, tələbələr, məzunlar, “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları, Miqrasiya könüllüləri və digər dövlət qurumlarının könüllüləri daxildir.

Maraqlanan namizədlər 15 sentyabr 2021-ci il tarixədək tərcümeyi-hallarını (CV) rtcm@migration.gov.az elektron ünvanına göndərə bilərlər.

Təlim Bakı şəhərində Təlim Mərkəzinin binasında (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202, Dövlət Miqrasiya Xidmətinin inzibati binasında) Azərbaycan və ingilis dillərində təşkil olunacaq. Namizədlərin hər iki dili bilməsi zəruridir. Tədbirdə iştirak ödənişsizdir. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd: Yerlər məhduddur. Seçilmiş namizədlərə elekton poçt vasitəsilə təsdiq məktubu göndəriləcək.