Ağdamda maarifləndirmə tədbiri keçirilib
Yevlax regional miqrasiya idarəsinin təşkilatçılığı ilə Ağdam rayon İcra Hakimiyyətinin inzibati binasında “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” və “İnsan alverinə qarşı mübarizə” mövzularında onlayn maarifləndirmə tədbiri keçirilib. Görüşdə ictimaiyyət və kənd icra nümayəndələri iştirak edib və onlara mövzularla bağlı ətraflı məlumatlar verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.