Qobustanda maarifləndirmə tədbiri keçirilib
Ağsu regional miqrasiya idarəsi tərəfindən Qobustanda “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında insan alverinin qarşısının alınması” və “Vətəndaşsızlıq hallarının aradan qaldırılması” mövzularında onlayn maarifləndirmə tədbiri keçirilib.
Tədbir iştirakçılarına insan alverinin və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə geniş məlumat verilib. Həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində Dövlət Miqrasiya Xidmətinin həyata keçirdiyi kompleks layihələr barədə görüş zamanı verilən məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.