Regionlarda maarifləndirmə tədbirləri davam etdirilir

Xaçmaz  regional  miqrasiya  idarəsi tərəfindən  qanunvericiliyin təbliği məqsədilə “Pandemiya dövründə Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması”  mövzusunda  onlayn maarifləndirmə tədbiri keçirilib.

Əcnəbiləri işə qəbul edən fiziki və hüquqi şəxslərin nümayəndələri, iş icazəsi əsasında əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və ictimaiyyət  nümayəndələrinin iştirak etdiyi görüşdə pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması, Çağrı mərkəzinin fəaliyyəti, mobil tətbiq – MİGAZ, Xidmət tərəfindən göstərilən elektron xidmətlər barədə geniş məlumat verilib

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur