newsPhoto

Şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”ndə iştirakçılar yeni həftəyə pozitiv başlayıblar

Düşərgənin 8-ci günü Qaliblər həm öyrənib, həm də əyləniblər. Aktiv idman yarışları - futbol və karate ilə başladıqları proqramı təlimlərlə davam etdiriblər. Zəhra Həşimova tərəfindən “Mən özümü necə inkişaf etdirməliyəm: Kitabları tez və düzgün oxumaq qaydaları”, Anar Abdulovun təqdimatında isə “Mənim arzularım: Öz gələcəyimi necə qurmalıyam” mövzularını dinləyiblər. Rəsm dərslərində isə uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra günün qonağı ilə görüş təşkil olunub. Tanınmış jurnalist və səyyah Azər Qərib səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açıb. İştirakçıları maraqlandıran sualları cavablandırıb.

Sonda müğənni Murad Arif və uşaq kollektivlərinin iştirakı ilə konsert proqramı təşkil olunub.