DMX yanında İctimai Şuraya seçki keçirilib
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 6 iyul 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya (bundan sonra İctimai Şura) seçkilər keçirilmiş, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 3 namizəd İctimai Şuranın üzvü seçilmişlər:
- Allahverənov Azər Kərim oğlu - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi;
- Dadaşova Şərqiyyə Ənvər qızı - “Regional Gender Mərkəzi” İctimai Birliyi;
- Səfərova Zəminə Yediyar qızı - “İnkişaf və Rifah Naminə” İctimai Birliyi
İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 6 yer üçün 9 iyul 2021-ci il tarixdə saat 10:00-dan 16:00-dək Bakı şəhəri regional miqrasiya idarəsinin inzibati binasında (Bakı şəhəri, Atatürk prospekti 189) namizədliyi qeydə alınmış aşağıdakı şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir:
- Ağalarlı Müşfiq Atamoğlan oğlu;
- Sadıqov Mirfətta İsmayıl oğlu;
- Həsənov Samir Akif oğlu;
- Vəliyev Asim Nazimoviç, “Gənclərin Töhfəsi” İctimai Birliyi;
- Əliyev Vüsal Yusif oğlu, “Sabaha İnam” sosial inkişaf İctimai Birliyi;
- Kazımov Aqil Qədim oğlu, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi;
- Əliyev Emin Fazil oğlu, “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyi;
- Kərimova Səbinə Aqil qızı, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi;
- Rəhmanlı Şahin Elman oğlu, “İrəli” İctimai Birliyi;
- Şirinov Elçin Vaqif oğlu, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi;
- Kərimova Lamiyə Ağa qızı, Psixososial Reabilitasiya və İnkişaf İctimai Birliyi;
- Məmmədov Kazım Eldar oğlu, “Gələcək” intellektual inkişafa yardım İctimai Birliyi;
- Əsgərov Fuad Füzuli oğlu, “Qan Donarları Assosiasiyası” İctimai Birliyi;
- Fətullayev Vidadi Bayram oğlu, “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi;
- Əliyev Şəmsəddin Mənsur oğlu, “Polisə Dəstək” İctimai Birliyi;
- Kətanov Məmməd Teymur oğlu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti;
- Haşımova Aydan Bəhərçin qızı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi;
- Quliyeva Nigar Qələbə qızı;
- Mehtiyeva Rahilə İbrahim qızı, “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi;
- Niftalı Habil Abid oğlu, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi;
- Vəliyeva Fəridə Talıb qızı, “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyi;
- Ağayeva Zenfira Hüseyn qızı, “Sahibkar Qadınlar” İctimai Birliyi;
- Məmmədova Kəmalə Natiq qızı, İnjuria hüquq jurnalı;
- Gül Ətrabə Bayram qızı, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi;
- Mustafayeva Samirə Vəli qızı, “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi;
- Nağıyev Elşən Raqub oğlu, “Vətəndaş Təşəbbüsləri və İctimai Maarifləndirmə” İctimai Birliyi.
Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulmuşdur.