Səyyar xidmətlərimiz davam etdirilir
Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə aid Şirvan, Salyan və İmişli rayonlarında yaşayan ahıl və səhhətində müəyyən çətinliklər olan şəxslərə növbəti səyyar xidmət göstərilib. 1 nəfərdən müvəqqəti yaşama icazəsinin alınması üçün tələb olunan sənədlər yaşadığı ünvanda götürülüb. 4 nəfərə isə “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə bağlı qərarlar təqdim olunub.