Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Gəncə və Yevlax şəhərlərinə səfər ediblər
Səfər çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının iştirakı ilə Şura üzvləri Gəncə və Yevlax regional miqrasiya idarələrində olublar. Burada İctimai Şura üzvlərinə Regional İdarələrin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlər, mütəmadi təşkil edilən səyyar xidmətlər, keçirilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Səfər çərçivəsində Gəncə ASAN Xidmət Mərkəzində də olan iştirakçılara ümumi işin təşkili həmçinin, Miqrasiya bölməsinin fəaliyyəti ilə bağlı məlumat verilib.
İctima Şuranın üzvləri Vətən müharibəsi zamanı Azərbaycanın ikinci böyük şəhəri Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntılara məruz qaldığı massivlərlə tanış olublar.