newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin may ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin may ayı ərzində 9068 zəng daxil olub. Onlardan 8273-ü Azərbaycan dilində, 739-u rus dilində, 56-sı isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2598-i müvəqqəti yaşama icazəsi, 1397-si müvəqqəti olma müddətinin uzadılması, 941-i daimi yaşama icazəsi, 770-i iş icazəsi, 992-si vətəndaşlıq məsələləri, 264-ü olduğu yer üzrə qeydiyyat, 2106-sı isə digər məsələlərlə bağlı olub.