newsPhoto

Dövlət Miqrasiya Xidmətinin kollektivi Hərbi Qənimətlər Parkında olub

28 May Respublika Günü ərəfəsində DMX-nin kollektivi Hərbi Qənimətlər Parkına ekskursiya edib. Parkla tanış olan əməkdaşlar ailə üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşməndən qənimət götürdüyü hərbi texnika və sursatlara baxıblar. Tarixdə şanlı səhifə açan Vətən Müharibəsini göz önündə canlandırmağa imkan yaradan eksponatlarla tanış olublar. Mənfur qonşularımız tərəfindən törədilən müharibə cinayətləri, döyüş bölgəsindən uzaq ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar ziyarətçilərin diqqətinə çatdırılıb.

Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan ekskursiya böyük maraqla qarşılanıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur