newsPhoto

“Miqrasiya məktəbi-3” layihəsində növbəti təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti təlim “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İsgəndərli tərəfindən “Liderliyin sirləri” mövzusunda reallaşıb.

Təlim çərçivəsində iştirakçılara liderliyin xüsusiyyətləri və üslubları, qeyri-formal liderləri fərqləndirən xüsusiyyətlər, liderliklə bağlı mövcud olan yanlış miflər, o cümlədən liderliyin sirləri barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur