Ulu öndər Heydər Əliven anadan olmasının 98-ci ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətinin idarələrarası mini futbol turniri keçirilib
DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan yarışda 5 komanda iştirak edib. Final matçında Bakı Regional Miqrasiya İdarəsinin Bakı RMİ komandası ilə Miqrasiya Nəzarəti Baş İdarəsinin Leqal kollektivi qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşdə Miqrasiya nəzarəti baş idarəsinin Leqal komandası 5-3 hesabı ilə qalib gələrək turnirin baş mükafatını qazanıb. Kubok və diplomları Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təqdim edib.