newsPhoto

Dövlət Miqrasiya Xidmətində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və kollektivi ulu öndərin xatirəsini yad ediblər. Dövlət Miqrasiya Xidmətində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli liderin büstü önünə əklil qoyulub, ruhuna hörmət və ehtiram ifadə edilib. Gün ərzində pandemiya qaydalarına uyğun olaraq, sosial məsafə saxlanılmaqla Xidmət əməkdaşlarının muzeyə ziyarəti təşkil olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur