newsPhoto

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları şəhid Arəstə Baxışovanın ailəsini ziyarət ediblər

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Vətən müharibəsinin yeganə qadın hərbçi şəhidi Arəstə Baxışovanın doğum günü münasibətilə ailəsini ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının daim qəlblərdə yaşayacaqları, xatirələrinin əziz tutulacağı bildirilib. Şəhidin anası ailəyə göstərilən xüsusi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirib. Daha sonra Arəstə Baxışovanın məzarı ziyarət olunub.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxararkən şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur