Dövlət Miqrasiya Xidmətinin əməkdaşları vaksinasiya olunublar
Dövlət Miqrasiya Xidməti COVİD pandemiyası ilə əlaqədar təhlükəsiz və sağlam əmək şəraitinin təminatı istiqamətində tədbirləri davam etdirir. Koronavirusla mübarizə tədbirləri çərçivəsində bu gün əməkdaşların vaksinasiyası həyata keçirilib. Xidmət rəhbərliyi də daxil olmaqla bütün əməkdaşlar TƏBİB-in peşəkar tibbi personalının iştirakı ilə vaksinasiya ediliblər.
Koronavirusa qalib gəlmək üçün hər kəsi məsuliyyətli olmağa, sanitar-gigiyenik qaydalara əməl etməyə, vaksinasiya olunmağa, yaxınlarının və ailə üzvlərinin sağlamlığını düşünərək ehtiyatlı davranmağa çağırırıq. Biz birlikdə güclüyük.