newsPhoto

“Miqrasiya məktəbi-3” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti onlayn təlim BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin (BMT QAK) Qaçqın statusunun müəyyənləşdirilməsi üzrə milli müşaviri İlkin Abdiyev və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) layihə rəhbəri Səltənət Məmmədova tərəfindən keçirilib. “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzusunda təşkil edilmiş təlimdə iştirakçılara beynəlxalq təşkilatların, xüsusilə BMT QAK-ın və MSİBM-in miqrasiya proseslərinin səmərəli idarə olunmasındakı rolu izah edilib. Təşkilatın bu sahədə dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.