newsPhoto

“Miqrasiya məktəbi-3” layihəsində növbəti təlimlər keçirilib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev tərəfindən “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzusunda onlayn təlim keçirilib.

Təlim çərçivəsində iştirakçılara beynəlxalq təşkilatların, xüsusilə Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya proseslərinin səmərəli idarə edilməsindəki rolu, Təşkilatın bu sahədə Azərbaycandakı dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində daha bir onlayn təlim DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov tərəfindən “Miqrasiya proseslərinin idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda təşkil edilib.

İştirakçılara son onilliklər ərzində Azərbaycan Respublikasında təşəkkül tapan miqrasiya proseslərinə, bu proseslərin xüsusiyyətlərinə nəzər salınıb, onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının rolu barədə ətraflı məlumat verilib. Məruzəçi Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın hazırkı fəaliyyət istiqamətləri və gələcək işlər haqqında danışıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində təşkil edilən tədris prosesində İctimai Şura ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur