newsPhoto

2021-ci il Dövlət Miqrasiya Xidmətində “Regional miqrasiya idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi ili” elan edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun 17 fevral 2021-ci il tarixli 31 nömrəli əmri ilə 2021-ci il Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində “Regional miqrasiya idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi ili” elan edilib. Məqsəd regionlarda yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, qanunsuz miqrasiyaya qarşı mübarizədə operativliyin və məlumatlılığın təmin edilməsidir.

Bununla bağlı təsdiq edilən Tədbirlər Planında regionda miqrasiya proseslərinin effektiv tənzimlənməsi, regional miqrasiya idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi və kadr potensialının gücləndirilməsi istiqamətində işlərin aparılması məsələsi də əksini tapıb. Həmçinin “Regional miqrasiya idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi ili” ilə bağlı aidiyyəti icraçı struktur bölmələr və sistemə daxil olan qurumlar tərəfindən görülən işlər barədə məlumatların müvafiq dövrlərdə (yarımillik, illik) təqdim edilməsi nəzərdə tutulur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur