newsPhoto

“Müasir dünyada miqrasiya prosesləri: Azərbaycan reallığı kontekstində” mövzusunda maarifləndirici təlim keçirilib

     Mingəçevir Dövlət Universitetinin dövlət və özəl qurumlarla əməkdaşlığı çərçivəsində təşkil olunan onlayn təlimdə Yevlax Regional miqrasiya idarəsinin əməkdaşı Faiq Məmmədov dünyada baş verən miqrant axınları, onların başlıca səbəb və nəticələrindən danışıb. Azərbaycanda miqrasiya proseslərini tənzimləyən qanunvericilik bazası haqqında məlumat verib. Pandemiya dövründə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən elektronlaşmanın əhəmiyyətinə toxunub. Sonda mövzu ilə əlaqədar çoxsaylı suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur