newsPhoto

Regional miqrasiya idarələrinin əməkdaşları Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 14-cü ildönümünü qeyd ediblər

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 14-cü ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ilə əlaqədar Yevlax, Şəki, Gəncə, Lənkəran, Ağsu, Xaçmaz və Şirvan regional miqrasiya idarələrinin əməkdaşları rayon mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, ruhuna dərin hörmət və ehtiramlarını bildiriblər. Həmçinin regionlarda yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur