newsPhoto

Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan şəhər və rayonlarda, eləcə də Ağcabədidə səyyar xidmətlər keçirilib

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədi daşıyan növbəti səyyar xidmət Gəncə şəhəri, Samux, Qazax, Tovuz, Şəmkir, Göygöl və Goranboy rayonlarında təşkil edilib. Xidmətin imkanlarından 45 nəfər istifadə edib. Onlardan 7-sinə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 34 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı qərar verilib. 1 əcnəbidən vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsinə dair sənəd qəbul olunub. 2 nəfərdən vətəndaşlığa qəbulla əlaqədar sənədlər götürülüb. 1 nəfərin miqrasiya ilə bağlı müraciəti dinlənilib və qanunvericilik çərçivəsində izahedici söhbətlər aparılıb.

Daha bir səyyar xidmət Yevlax Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunda təşkil olunub. Rusiya vətəndaşı Sabir Hüseynova “Azərbaycan Respublikasının müvəqqəti yaşama üçün icazə  vəsiqəsi”  yaşadığı ünvanda təqdim edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur