Dövlət Miqrasiya Xidməti tərəfindən qanvermə aksiyası keçirilib
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 14-cü ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində Bakı Regional Miqrasiya İdarəsində qanvermə aksiyası keçirilib.
Dövlət Miqrasiya Xidməti ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə təşkilatçılığı ilə reallaşan aksiyada məqsəd talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə, xüsusilə uşaqlara yardım etməkdir.
Qanvermə aksiyasında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları ilə yanaşı, Miqrasiya könüllüləri, Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan müxtəlif könüllü təşkilatlarının nümayəndələri iştirak ediblər.
Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkimləri tərəfindən yoxlanılıb. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.