newsPhoto

Xaçmaz regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən növbəti səyyar xidmət keçirilib

Xaçmaz regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən Xanoba kəndində fiziki imkanları məhdud Rusiya vətəndaşı Kurban Kuliyevdən Azərbaycan Respublikası ərazisində daimi yaşama icazəsinin müddətinin uzadılması ilə bağlı sənədlər qəbul edilib.

Quba və Qusarda isə rayon mərkəzindən kənarda yerləşən 7 müxtəlif məktəbdə şəxsiyyətini təsdiq edən sənədi olmayan 16 şagirdin valideynləri ilə görüş keçirilib. Onlara miqrasiya qanunvericiliyi izah olunub. Övladlarının ölkə ərazisində yaşamasının leqallaşdırılması üçün müvafiq sənəd siyahıları təqdim edilib. Tədbirdə hər zaman olduğu kimi, bundan sonra da miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq insanların məmnunluğunun artırılması məqsədilə müxtəlif istiqamətlər üzrə səyyar xidmətlərin keçiriləcəyi qeyd edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur