newsPhoto

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Miqrasiya könüllüləri I Qarabağ müharibəsinin bir qrup veteran xanımını təbrik ediblər

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycan könüllüləri I Qarabağ müharibəsində iştirak etmiş bir qrup veteran xanımın evini ziyarət ediblər. Xoş təəssürat bağışlayan görüşdən məmnun qalan xanımlar müharibə xatirələrini bölüşüblər. Onlar Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Müzəffər Azərbaycan Ordusunun qalibiyyətinin əsl qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər. Ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən qeyrətli Vətən oğullarını ehtiramla anıblar.

Sonda xatirə şəkilləri çəkilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur