newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin fevral ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin fevral ayı ərzində 8373 zəng daxil olub. Onlardan 7487-si Azərbaycan dilində, 834-ü rus dilində, 52-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2750-si müvəqqəti yaşama icazəsi, 1638-i müvəqqəti olma müddətinin uzadılması, 590-ı daimi yaşama icazəsi, 482-si iş icazəsi, 1115-i vətəndaşlıq məsələləri, 178-i olduğu yer üzrə qeydiyyat, 1620-si isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur