Yevlaxda səyyar xidmət keçirilib
Yevlax Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən növbəti səyyar xidmət göstərilib. Əməkdaşlar əvvəlcə Rusiya vətəndaşı Məryəm Abdullayevaya Covid-19 pandemiyası ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən elektron müraciətlər sahəsindəki yeniliklər barədə məlumat veriblər. Bildirilib ki, insanların rahatlığı və məmnunluğunun təminatı dövlətin qarşısındakı əsas prioritet istiqamətlərdəndir ki, elektronlaşma da məhz buna xidmət edir.
Daha sonra vətəndaşa Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar təqdim edilib.