newsPhoto

Dövlət Miqrasiya Xidmətinin kollektivi Xocalı soyqırımı qurbanlarını yad ediblər

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov, Xidmətin rəhbər şəxsləri və kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər. XX əsrin ən qanlı faciəsi kimi tarixə düşmüş qətliamda erməni vandalları tərəfindən amansızca qətlə yetirilmiş 613 nəfərin ruhu ehtiramla yad edilib, abidə önünə gül dəstələri düzülüb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur