newsPhoto

Şəki Regional Miqrasiya İdarəsi tərəfindən səyyar xidmət təşkil edilib.

Şəki Regional Miqrasiya İdarəsinin əməkdaşları Qax rayonunun Turaclı kəndində səyyar xidmət keçiriblər. II Qarabağ Müharibəsi şəhidi Ramil Abbasovun həyat yoldaşı, Rusiya Federasiyası vətəndaşı Azadə Abbasovaya “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” qərar yaşadığı ünvanda təqdim edilib. Həmçinin şəxsiyyət vəsiqəsi əldə etmək üçün Azadə Abbasovanın sənədlərinin müvafiq polis şöbəsinə verilməsinə köməklik göstərilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur