newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun İctimai Şuranın üzvləri ilə video formatda iclası keçirilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Vüsal Hüseynov 2020-ci ildə həyata keçirilmiş miqrasiya siyasətinin əsas nəticələri və bu sahədə cari vəziyyət, Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər, həmçinin göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində tətbiq olunan yeniliklər barədə məlumat verib.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov ötən il İctimai Şura üzvləri tərəfindən görülmüş işlər və yeniliklərin tətbiqi barədə məlumatları təqdim edib.

Görüşdə 2021-ci ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti ilə İctimai Şura arasında əməkdaşlığın əsas perspektivləri və tərəflərin gözləntiləri, həmçinin digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda İctimai Şura üzvlərinin təklifləri müzakirə edilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur