newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin noyabr ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin noyabr ayı ərzində 7011 zəng daxil olub. Onlardan 6155-i Azərbaycan dilində, 738-i rus dilində, 118-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2102-si müvəqqəti yaşama icazəsi, 1252-si müvəqqəti olma müddətinin uzadılması, 490-ı daimi yaşama icazəsi, 366-sı iş icazəsi, 246-sı vətəndaşlıq məsələləri, 158-i olduğu yer üzrə qeydiyyat, 2397-si digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur