newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin oktyabr ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin oktyabr ayı ərzində 6855 zəng daxil olub. Onlardan 5975-i Azərbaycan dilində, 744-ü rus dilində, 136-sı isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2243-ü müvəqqəti yaşama icazəsi, 970-i müvəqqəti olma müddətinin uzadılması, 587-si vətəndaşlıq məsələləri, 474-ü daimi yaşama icazəsi, 392-si iş icazəsi, 120-si olduğu yer üzrə qeydiyyat, 2069-u isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur