newsPhoto

“Azərbaycanın mədəni və tarixi irsinin miqrant uşaqlar arasında təbliği” mövzusunda layihə davam edir

Məqsəd ölkəmizdə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin övladlarına Azərbaycanın mədəni irsi, tarixi və əlamətdar günləri barədə məlumat vermək, ilkin təsəvvür formalaşdırmaqdır. “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi tərəfindən Miqrasiya könüllüləri ilə birgə həyata keçirilən layihə noyabrın 15-dək davam edəcək. Onlayn formada keçirilən tədbirə Respublikanın istənilən bölgəsində təhsil alan miqrant şagirdlərin qatılması mümkündür. Layihədə ştirak etmək istəyən yeniyetmə və gənclər (012) 598 13 89, (050) 543 47 66, (050) 207 03 33 telefon nömrələri ilə əlaqə saxlaya və ya mud.2020@outlook.com elektron poçt ünvanına müraciət edə bilərlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur