Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin yanvar ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin yanvar ayı ərzində 8267 zəng daxil olub. Onlardan 7440-ı Azərbaycan dilində, 577-si rus dilində, 250-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2916-sı müvəqqəti yaşama icazəsi, 350-si iş icazəsi, 357-si daimi yaşama icazəsi, 895-i vətəndaşlıq məsələləri, 673-ü olduğu yer üzrə qeydiyyat, 301-i inzibati xəta, 2775-i isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur