Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyi həssas vəziyyətdə olan miqrantlara humanitar yardım göstərəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi “BMqT-nin Qlobal Strateji Hazırlıq və Yardım Planının Koronavirus İnfeksiyası 2019-a daxil olan Humanitar Fəaliyyətlərə dəstək – COVID-19 – Cənubi Qafqaz” layihəsi çərçivəsində həssas vəziyyətdə olan miqrantların ərzaq, gigiyena, müvəqqəti mənzil təminatı və tibbi yardım kimi ilkin ehtiyaclarına yönəldilmiş zəruri yardımlar göstərəcək.

Humanitar yardımdan əsasən ağır iqtisadi vəziyyətdə olan, ərzaq, sığınacaq ehtiyacı ilə üzləşən və zəruri tibbi problemlərini həll etmək üçün maddi imkanları olmayan, eyni zamanda, qeyri-qanuni vəziyyətdə yaşayan miqrantlar (vizasının vaxtı bitən, şəxsi sənədlərinin vaxtı bitən və s.), gəliri olmayan aşağı ixtisaslı az gəlirli əməkçi miqrantlar, əcnəbi tələbələr, sığınacaq müraciətindən imtina almış şəxslər yaralana bilərlər.

Qeyd olunan miqrant kateqoriyalarına və həssaslıq meyarlarına uyğun gələn şəxslər yardımın alınması üçün 20 oktyabr 2020-ci il tarixinədək aşağıdakı əlaqə vasitələrini istifadə etməklə müsahibə üçün müraciət edə bilərlər: 

Telefon +99450 225 22 92

Elektron qeydiyyat forması:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=LSaIFfsjtEO9brzknI5hhu_YtaGUIc1Cpi1rh6-3pfNUMDZVNzQ4QjYzWTBDRjg5MEM0REhMRUQwUi4u

Qeydiyyat formasının BMqT-nin aşağıda ünvanları göstərilən ofislərində də doldurulması mümkündür:

BMqT Bakı

Yaşar Hüseynov küç. 18

AZ1069, Bakı, Azərbaycan

Tel: +99412 465 90 71 (daxili:117, 135)

E-mail: iomazerbaijan@iom.int

 

BMqT Mingəçevir

N. Nərimanov küç. 14

9/29, Mingəçevir, Azərbaycan

Tel: +994 24 274 73 65

E-mail: iommingachevir@iom.int 

 Yardımdan yararlana biləcək şəxslərə dair yekun qərar BMqT-nin Azərbaycan nümayəndəliyində keçiriləcək müsahibə əsasında veriləcəkdir.

Qeyd edək ki, yardım Azərbaycan vətəndaşlarına və respublikada daimi yaşayış icazəsi olan şəxslərə şamil edilmir. 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur