Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib
24 sentyabr 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 15 vətəndaşın müraciətini videogörüntü vasitəsilə dinləyib.
Onlayn müraciətlər əsasən müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, həmçinin vətəndaşlıq məsələləri ilə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.