Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin avqust ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin avqust ayı ərzində 12990 zəng daxil olub. Onlardan 11174-ü Azərbaycan dilində, 1514-ü rus dilində, 302-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2688-i müvəqqəti olma müddətinin uzadılması, 3850-si müvəqqəti yaşama icazəsi, 1712-si iş icazəsi, 852-si daimi yaşama icazəsi, 897-si vətəndaşlıq məsələləri, 107-si olduğu yer üzrə qeydiyyat, 907-si inzibati xəta, 1977-si isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur